AZEC Group MMC-nin rəhbər heyəti “Networking Azerbaijan” Biznes Klubunun 1 fevral 2024 tarixində növbəti keçirdiyi tədbirdə iştirak etmişdir.

1 fevral 2024 tarixində “Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib,və AZEC Group MMC-nin rəhbər heyəti “Networking Azerbaijan” Biznes Klubunun üzvü olaraq bu tədbirdə iştirak etmişdir.
Dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub.
Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin idarə heyyətinin sədri Mustafa Abbasbəyli sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, Agentliyin bu sahədə dəstəyi barədə məlumat verib. Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir. Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar. Millət vəkilləri və səfirlərin iştirakı ilə keçirilən tədbir zamanı sahibkarlar və digər maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin edilib.